Qadin.NET / Kriştianu Ronaldu: "Qələbəyə layiq deyildik"

Kriştianu Ronaldu: "Qələbəyə layiq deyildik"

 

Madrid "Real"ının ulduz forvardı Kriştianu Ronaldu "Atletiko" ilə derbidəki 0:1 hesablı məğlubiyyətdən sonra hesab edir ki, komandası çempionatda birinci yeri ələ keçirməyə nail ola biləcək.
Milli.Az Sports-a istinadən bildirir ki, Ronaldu "Real"ın rəsmi saytına deyib: 
"Həmişə yaxşı oynamaq olmur. Bu gün bir az yorğun idim, çünki iki gün əvvəl oyunda idim. Ancaq bu, bəhanə ola bilməz. "Atletiko" yaxşı oynadı və irəli çıxdı. Onlar daha çox qaçırdılar və bu bizim yaxşı günümüz deyildi. 
Baş məşqçini günahlandırmaq olmaz - bu oyunda qələbəyə layiq deyildik. Qarşıda milli çempionatda, Çempionlar Liqasında, Kubokda hələ çox tur var. 5 xal - ciddi fərqdir, amma biz işləməliyik. Daha böyük fərqlərin də qapadılmasını görmüşəm, bu futboldur."
Mənbə: Milli.Az
29 sentyabr 2013
GO BACK