lkin məlumata görə, Azərbaycanda prezident seçkilərini 87 ölkədən 34 təşkilatın nümayəndələri müşahidə edəcək. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, ilkin məlumata əsasən, prezident seçkilərində beynəlxalq müşahidə missiyasını həyata keçirəcək şəxslərin sayı 1012 nəfərdir: "MSK-da qeydyyatdan keçən müşahidəçilərin sayı 4590, dairə seçki komissiyalarında akkreditə olunan müşahidəçilər isə 29 124 nəfərdir".
O, MSK-nın seçkilərlə bağlı maarifləndirmə proqramı çərçivəsində tədbirlərin davam etdirildiyini də söyləyib: "Artıq aşağı seçki komissiyaları ilə bağlı treninqlər yekunlaşmaq üzrədir
Mənbə: Milli.Az