Qadin.NET / Meteorit istəyən var?

Meteorit istəyən var?

 

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Çelyabinsk sakini 3,4 kq çəkisi olan meteorit parçasını satışa çıxarıb. Bu fraqment orada indiyədək tapılan və alimlərin də səma cismi olduğunu təsdiq etdikləri ən böyük meteorit qırığıdır. 
Meteorit parçası Çelyabinskin Timiryazevski qəsəbəsində tapılıb. Onun sahibinə müvafiq sertifikat verilib. Ancaq çəkisi bir qədər azalıb, 3,36 kq olub, çünki bir hissəsi tədqiqat üçün qoparılıb. 
"Sertifikatlı "Çelyabinsk" meteoriti satıram. Tapılan meteorit qırıqlarından ən böyüyüdür", - elan saytlarının birində yazılıb. Səma cisminin qırığına 2,112 milyon rubl qiymət qoyulub. Meteorit parçasının sahibi Aleksey Usenkov RİA Novosti-yə deyib ki, qiyməti özü, mütəxəssislərin köməyi olmadan təyin edib. 
"Hesab edirəm ki, bu daş Çelyabinsk şəhərinin ticarət-əyləncə məkrəzlərindən birinin simvolu ola bilər", - Usenkov deyib və əlavə edib ki, qiyməti salmayacaq, üstəlik, meteoritin düşdüyü tarixin ildönümünə - fevralın 15-dək onu satmaq istəyir. 
Mənbə: Milli.Az
29 sentyabr 2013
GO BACK