Qusar rayonunda kələmin məhsuldarlığı bol olsa da, qiyməti ötən illərə nisbətən aşağı düşüb
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Qusar rayon mərkəzindən 16 km uzaqlığda, ucqar dağ massivində yerləşən Düztahir kəndi səfalı təbiəti və gözoxşayan mənzərələri ilə yanaşı, münbit torpağı ilə də məşhurdur. Kənd sakinləri əsasən maldarlıq və tərəvəzçiliklə məşğuldurlar. Düztahir kəndində tərəvəzçiliyin əsas hissəsini kələm və kartof təşkil edir. Kənddə 1 sot ərazidən 1 ton kələm əldə etmək mümkündür. Elə bu il də məhsuldarlıq ürəkaçan olub.
Qiymətlər isə əvvəlki illərə nisbətən aşağı düşüb. Hazırda kələmin satış qiyməti 10-13 qəpik arasında dəyişir. Ötən il isə bu rəqəm 40-45 qəpik civarında olub. Hazırda kənddə sakinlərdən 10 qəpiyə alınan kələm Qusar bazarlarında 20-25 qəpiyə, paytaxda isə 30-40 qəpiyə satılır. Fermerlərin sözlərinə görə, bu il kələm sahələrinin hər hektarından 100 ton məhsul toplanılıb. Ümumilikdə isə tək Düztahir kəndində əkilən 135 hektar kələm sahələrində 130 min ton kələm becərilib. Düztahir kəndi ilə yanaşı, qonşu Gican kəndində də kələm ən çox əkilən tərəvəz bitkisidir. Bu kənddə bu il 70 hektar kələm əkilib.
Mənbə: Milli.Az