Qadin.NET / İşləyən ananın uşağı

İşləyən ananın uşağı

 

Bəzi tədqiqatçılar iddia edirlər ki, uğurlu karyera quran qadınların uşaqları sağlam olur. Digərləri  isə evdar qadınların uşaqları daha sağlam böyütdüklərini deyirlər.     
Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, amerikalı tədqiqatçılar 20 il ərzində 89 min uşaq barədə məlumatı analiz ediblər. Bu irimiqyaslı tədqiqatın nəticələrindən bəlli olub ki, başı karyera qurmağa qarışan anaların uşaqları daha çox bədbəxt hadisələrlə üz-üzə qalır, astma ilə xəstələnir və daha çox zəhərlənərək xəstəxanaya düşürlər. Tədqiqatçılar işi və uşağın tərbiyəsini eyni zamanda çatdırmağa çalışan anaları qınamırlar, ancaq mümkün pis nəticələrə diqqət çəkirlər. Bir tərəfdən belədirsə, digər tərəfdən, işləyən qadınların özünə inamı daha da artır, onlar özlərinə qiymət verir və övladlarının daha keyfiyyətli tərbiyə almasına çalışırlar. Həmçinin belə ailənin tibbi xidmətləri ödəməyə də kifayət qədər pulu olur. Ancaq başı işə qarışan ana uşağının xəstələnmə məqamını gözdən qaçıra, yaxud onun müalicəsinə vaxt tapmaya bilər. Bəs sizcə, karyera quran qadın uşağının sağlamlığına nə dərəcədə vaxt ayırır? Uşağın sağlamlığına təkcə qadınmı diqqət yetirməlidir? 
Mənbə: Milli.Az
29 sentyabr 2013
GO BACK