Qadin.NET / Xaçmaz rayon Mərkəzi Kitabxanasına 80 adda yeni kitab gətirilib

Xaçmaz rayon Mərkəzi Kitabxanasına 80 adda yeni kitab gətirilib

 

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayon Mərkəzi Kitabxanasına Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında nəşr edilən 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından olan 80 adda yeni kitab gətirilib. Ümumilikdə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində kitabxanaya 5000-ə yaxın kitab verilib. Yeni kitabların əksəriyyəti tələbələr üçün nəzərdə tutulub. Bu il kitabxanaya gələnlərin sayı 4-5 min nəfər arasında artıb.
Hal-hazırda kitabxanada müxtəlif dövr və fərqli mövzuları əhatə edən 46 minə yaxın kitab var. Bunların arasında oxucular tərəfindən kitabxanaya bağışlanılan 488 kitab da yer alıb. Bu il kitabxanaya gələnlərin sayı 4-5 min nəfər arasında artıb.
Mənbə: Milli.Az
 
 
29 sentyabr 2013
GO BACK