Qadin.NET / Bakıda açıq teatr: "Azərbaycanfilm"in yubileyi möhtəşəm qeyd olunacaq

Bakıda açıq teatr: "Azərbaycanfilm"in yubileyi möhtəşəm qeyd olunacaq

 

Bu il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaranmasının 90 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev"Azərbaycanfilm"in yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncam imzalayıb.
Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, sərəncama uyğun olaraq sentyabrın 30-da, saat 18:00-da Nizami Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının yubiley gecəsi keçiriləcək.
Kino tarixini əks etdirən tərtibat verilmiş Kino Mərkəzinin qarşısında ötən əsrin 20-ci illərinə aid teatr səhnəcikləri oynanılacaq, yaddaqalan filmlərimizdə vaxtilə istifadə olunmuş geyimlər və rekvizit nümunələri nümayiş etdiriləcək.
Kinostudiyanın bayramında bir çox dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri ilə yanaşı, bir sıra ölkələrdən kino xadimlərinin iştirakı da gözlənilir.
Mənbə: Milli.Az
29 sentyabr 2013
GO BACK