Qadin.NET / Azərbaycan boksçusu dünya üçüncüsü oldu

Azərbaycan boksçusu dünya üçüncüsü oldu

 

Bolqarıstanın Albena şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə dünya birinciliyinə yekun vurulub.
Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışda 3 boksçu ilə iştirak edən Azərbaycan milli komandası 1 bürünc medalla kifayətlənib.
Yeniyetmələrin yarışında gücünü sınayan Alina Hacıyeva (80+ kq) bir döyüşdə qələbə qazanıb və birində məğlub olmaqla bürünc medal əldə edib. Boksçumuz yarımfinalda Rusiya təmsilçisi Mariya Şişmarayevaya uduzub.
Anaxanım Ağayeva (51 kq) və Məryəm Cəbrayılova isə yarışı mükafatsız başa vurublar.
Mənbə: Milli.Az
29 sentyabr 2013
GO BACK