Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, Qaxda quyruğu olmayan bir tutuquşunun özünə kağızdan quyruq düzəltməsi görənləri heyrətə gətirib. Tutuquşu kağız parçalarını düzgün bir şəkildə kəsərək tük formasına salır və quyruğuna taxır. Tutuquşunun sahibi Vidadi Məmmədovdur. Onun sözlərinə görə, tutuquşuya bunun üçün heç bir təlim keçirilməyib. Yəqin, o da hər bir canlı kimi gözəl görünmək üçün özünə quyruq düzəltmək qərarına gəlib. Tutuquşu nəinki kağızdan, bəzən pul, bəzən də qiymətli bir sənədi kəsərək istəyini reallaşdırır. Əgər ona hər hansı bir müdaxilə olunarsa, dərhal əsəbləşir.
Mənbə: Milli.Az