Qadin.NET / Unikal BMW M6

Unikal BMW M6

 

Seriya avtomobillərin müstəqil tüninqi mövzusunu davam edərək, Edvin adlı növbəti indoneziyalı entuziastın əvvəlki nəsil "qaynar" BMW M6 kupesini diqqətinizə təqdim edirik. Özü üçün bir neçə unikal maşın düzəltmiş bu M Division bölməsi idman avtomobilləri həvəskarının E63 kuzovunda M6 üzərində dayanması əbəs yerə deyil. Bu avtomobili xəyallarının avtomobilinə çevrilməsi üçün ona çox az və xırda tamamlamalar etmək kifayətdir. Avtomobilin kökləməsi bütün əsas istiqamətlər üzrə aparılıb və sportkupenin həm kosmetik, həm də texniki tərəflərinə toxunub.Milli.Az 4charx.com-a istinadən bildirir ki, birinci növbədə Edvin 5,0 litrlik V10 mühərrikin hasilatını bir az artırıb və səslənməsini yaxşılaşdırıb.Vorsteinerdən karbon qabaq splitter, Mtec Angel-dən qabaq optika, Lumma -dan karbon dam, Bavariya avtomobil zavodunun karbon emblemləri və boz taxmalı qara radiator barmaqlıqları eksteryerə fərdi görkəm verib. Avtomobilə ultra alçaq Continental şinləri ilə 20 düymlük HRE Wheels diskləri geyindirilib və H&R-ın qısa yayları hesabına onun altı yola lap yaxınlaşdırılıb. BMW M6 salonunda Hamann alman atelyesindən pedallar və güclü BSW dinamikləri quraşdırılıb.
Mənbə: Milli.Az

 

29 sentyabr 2013
GO BACK