Qadin.NET / 90 yaşlı "Azərbaycanfilm"

90 yaşlı "Azərbaycanfilm"

 

 

Sentyabrın 30-da "Azərbaycanfilm" kinostudiyasının yaranmasının 90 ilik yubileyi qeyd olunacaq. Kinostudiyadan Lent.az-a verilən məlumata görə, yubiley Nizami Kino Mərkəzində təşkil olunacaq. Kino Mərəzinin qarşısında kino tariximizi əks etdirən ötən əsrin 20-ci illərinə aid teatr səhnəcikləri oynanılacaq, yaddaqalan filmlərimizdə vaxtilə istifadə olunmuş geyimlər və rekvizit nümunələri nümayiş etdiriləcək. Kinostudiyanın bayramında bir çox dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri ilə yanaşı, bir sıra ölkələrdən kino xadimlərinin iştirakı da gözlənilir. 

 

Mənbə: Lent.Az

29 sentyabr 2013
GO BACK