Qadin.NET / BMW yeni sedan buraxacaq

BMW yeni sedan buraxacaq

 

BMW Mercedes-Benz CLA və Audi A3 ilə rəqabət aparacaq yeni sedan modelin köməyi ilə model sırasını genişləndirməyi planlaşdırır. Şirkətdəki mənbəyə istinadən Automotive News nəşrinin bildirdiyi kimi, avtomobil yeni ön ötürməli platformada düzəldiləcək. Bu o deməkdir ki, konstruktiv planda avtomobil ilin sonunda təqdim ediləcək BMW 1-Series GT modelinin surəti olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, "NES (başlanğıc səviyyənin yeni sedanı) strategiyası bizim inkişafımızın ayrılmaz hissəsidir. Bu bütün 1-Series model sırasının ən əhəmiyyətli elementidir. Xüsusilə biz ABŞ-da və Çində belə maşının inamlı satışlarına ciddi bel bağlayırıq", - deyə insayder bildirib. Xatırladaq, yeni 1-Series GT seriyaya həm də yeddi yerlik icrada göndəriləcək. Avtomobil beşqapılı versiyadan bir az uzadılmış təkər bazasıyla fərqlənəcək. Avtomobilin dizaynında i3 konseptində, həmçinin daha əvvəllər beşinci seriya Gran Turismo -da tətbiq edilmiş üslub həllərindən istifadə edilib.

Mənbə: Milli.Az

 

28 sentyabr 2013
GO BACK