Qadin.NET / Bu da dünyanın ən güclü elkektrokarı

Bu da dünyanın ən güclü elkektrokarı

 

Venturi Automobiles şirkəti Monako knyazı II Alberin və Amerikanın Ohayo universitetinin dəstəyi ilə işlənmiş VBB-3 adlı avtomobili rəsmən təqdim edib. Müəlliflər öz maşınlarını "dünyada ən güclü elektrokar" adlandırırlar və ondan sürət üzrə yeni dünya rekordunu təyin etmək üçün istifadə etmək niyyətindədirlər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin hazırlanması iki ildən çox çəkib. O toplam 3000 at gücü və 2800 Nm fırlanma anı hasil edən iki elektrik mühərriki ilə təchiz edilib. Mühərriklər litium-dəmir-fosfat akkumulyatorlar dəstindən qidalanır. Maşının müəllifləri ümid edirlər ki, o saatda 600 kilometrdən çox sürət yığa biləcək. Hesablamalara əsasən VBB-3 ideal şərtlər daxilndə saatda 700 kilometrə qədər sürətini artıra bilər.

Elektrokarların arasında əvvəlki sürət rekordu da həmçinin Venturi -yə aiddir. 2010-cu ildə VBB-2.5 indeksiylə 800-güclü avtomobil saatda 480 kilometrdən çox sürətlənə bilmişdi.
Yerin üstü ilə hərəkət sürəti üzrə dünya rekordunu bu il britaniyalılar reaktiv Bloodhound SSC avtomobiliylə təyin etmək niyyətindədirlər. Maşının istehsalçıları sürəti ən azı saatda 1600 kilometrə qədər artıraraq saatda 1227,667 kilometrə bərabər indiki sürət rekordunu təzələməyi planlaşdırırlar.
Mənbə: Milli.Az

 

28 sentyabr 2013
GO BACK