Qadin.NET / Azərbaycanlıların yaşadığı yataqxanaya hücum olub

Azərbaycanlıların yaşadığı yataqxanaya hücum olub

 

Moskvada azərbaycanlıların da yaşadığı miqrant yataqxanasına hücum olub. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə Rusiya paytaxtının Kapotnya mikrorayonunda baş verib.

Məlumata görə, hücum edən dazbaş millətçilərin sayı 200-ə yaxın olub. Hücum edənlər “Biz intiqam alırıq!” qışqıraraq pəncərələrdən yataqxanaya tüstülü şaşkalar atıblar. Nəticədə bir qadın yaralanıb.

Faktı Moskva Şəhər Baş Polis İdarəsi də təsdiq edib. Hücum edənlərdən 60 nəfər saxlanılıb. 

 

Mənbə: Lent.Az

28 sentyabr 2013
GO BACK