Qadin.NET / Ramil Səfərovun öldürdüyü erməniyə abidə qoyuldu

Ramil Səfərovun öldürdüyü erməniyə abidə qoyuldu

 

 

Qurgen Marqaryan Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürülmüşdü

Ramil Səfərovun Macarıstanda öldürdüyü erməni Qurgen Marqaryana Ermənistanda abidə qoyulub. Anspress-in verdiyi məlumata görə, bu barədə Ermənistanın “news.am” saytı məlumat yayıb. Abidənin erməninin doğum günündə İrəvanda açılışı olub. Açılışda bir sıra Ermənistan rəsmiləri iştirak ediblər. 
Xatırladaq ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı” çərçivəsində Budapeşt şəhərində təlimdə olarkən Ramil Səfərov erməni zabitin bayrağımızı təhqir etməsinə dözməyərək onu öldürmüşdü. 8 il Budapeştdə həbsdə qaldıqdan sonra 2012-ci ilin avqustunda Azərbaycana eksrtadisiya olunan Ramil Səfərov Azərbaycanda qəhrəman kimi qarşılanıb. Prezident İlham Əliyev tərəfindən qəbul edilən zabitin rütbəsi yüksəldilib və ona Bakı şəhərində ev verilib. Qeyd edək ki, Ramil Səfərovun ekstradisiyasından sonra rəsmi İrəvanla Budapeşt arasında diplomatik əlaqələr pozulub.

Mənbə: Milli.Az

28 sentyabr 2013
GO BACK