Məşhur braziliyalı futbolçu, "Atletiko Mineyru" klubunun yarımmüdafəiçisi Ronaldinyo ağır zədə aldığından 3 ay meydanlardan kənar qala bilər. Milli.Az Sportal-a istinadən bildirir ki, Ronaldinyo klubun məşqlərindən birində bud əzələsini zədələyib.Belə zədələrin müalicə müddətindən danışarkən çox ehtiyatlı olmalıyıq. Çox məqam oyunçunun özündən asıldır. Belə zədədən sonra tez bərpa olmurlar. Ronaldinyo iki-üç ay, bəlkə də daha uzun müddətdən sonra oynaya bilər", - "Atletiko Mineyru"nun həkimi Rodriqo Lasmar deyib. Belədə Ronaldinyo dekabrın 11-də başlanacaq klublararası dünya çempionatına qatıla bilməyəcək. Fəqət, Lasmar futbolçunun oynayacağını deyib.Dekabrın 11-21-də Mərakeşdə keçiriləcək klublararası dünya çempionatında "Atletiko Mineyru", "Oklend Siti", "Monterrey", "Bavariya" və "Raca Kasablanka" klubları mübarizə aparacaqlar.