Ukraynadakı FEMEN qrupu dünyanın müxtəlif ölkələrində keçirdiyi yarıçılpaq və çılpaq aksiyaları ilə tanınır.
Bu dəfə FEMEN qadınları Paris Moda Həftəsində (Paris Fashion Week) "Nina Ricci" brendinin yeni kolleksiyasının nümayişi zamanı aksiya keçiriblər. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "yeni Keyt Moss" kimi tanınan 18 yaşlı model Holli-Mey Seyker həmin an podiumda idi. Baş verənlərə rəğmən nümayişi davam etdirən modelə podiuma çıxmış FEMEN qadınlarından biri hücum edib. Model Twitter-dəki profilində olaylara etirazını bildirib: "Bu qızlar dəfilədəki işimi bərbad etdi. Podiumda olanda qəflətən arxamda qışqırtı səsləri gəldi. Sonra qurşaqdan yuxarı çılpaq qadının mənə tərəf gəldiyini gördüm. Qadın qolumu tutub qaldıranda mən ona etiraz etdim, itələdim və podiumda yeriməyə davam etdim".