Qadin.NET / Stadion həbsxana olacaq

Stadion həbsxana olacaq

 

Sabino Markez, Manus şəhərinin məhkəmə sədri yerli stadionun həbsxanaya çevrilməsi haqqında maraqlı təklif irəli sürüb. Hansı ki, adı çəkilən stadionda DÇ 2014-ün 4 oyunu keçiriləcək. Milli.Az dailysports-a istinadən xəbər verir ki, Manus şəhərinin 1 və 2-ci dviziyonlarında oynayan futbol klubu yoxdur, məhz elə bu səbəbdən DÇ 2014-dən sonra 275 milyon dəyərindəki arena boş qalacaq.“Mən yaranmış vəziyyətdən başqa çıxış yolu görmürəm. Stadion – cinayətkarların saxlanılması üçün gözəl yerdir. Biz belə boş məkanlardan həbsxana kimi istifadə etməliyik, o zamana kimi ki, hakimiyyət orqanları bu problemini həll etsin”, – deyə hakim bildirib. Hakimiyyət orqanları, hələ ki, bu sözlər haqqında bir şərh verməyiblər.
Mənbə: Milli.Az
28 sentyabr 2013
GO BACK