Qadin.NET / Bu gün seçki bulletenlərinin çap prosesinə start verilir

Bu gün seçki bulletenlərinin çap prosesinə start verilir

 

 

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bu gündən Milli Məclisin mətbəsində bulletenlərin çap prosesinə start verilib. Trend-in məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahovun rəhbərliyi ilə mətbəyə baxış keçirilib. M.Pənahov jurnalistlərə bildirib ki, ümumiyyətlə, 5 milyon 149 min 255 ədəd bulleten çap olunacaq. Çap olunmuş bulletenlər dairə seçki komissiyalarına sentyabrın 30-da təhvil veriləcək. Bulletenlərin çap olunma prosesinə nəzarət üçün beynəlxalq müşahidəçilər də dəvət olunub. Ümumi çap prosesinə nəzarət Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən aparılacaq. Qeyd edək ki, prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Mənbə: Milli.Az

28 sentyabr 2013
GO BACK