Qadin.NET / İlahiyyatçı yazar İlqar Kamilin növbəti kitabı işıq üzü görüb

İlahiyyatçı yazar İlqar Kamilin növbəti kitabı işıq üzü görüb

 

İlahiyyatçı yazar İlqar Kamilin növbəti kitabı işıq üzü görüb

FaktXəbər-in məlumatına görə, İlahiyyatçı yazar İlqar Kamilin növbəti - "Bir ayənin hekayəti" adlı kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib. Qeyd edək ki, adı çəkilən kitab müəllifin "Aşura dərsləri" və "Gəlməyəni gözləyən" kitablarından sonra nəşr olunan 3-cü kitabıdır. Kitabda "Qurani-Kərim"dən 30 ayənin sizə olan mesajı, sözü və hekayəti ilə tanış olacaqsınız. Bu hekayətlər müxtəlif tipli - elmi, psixoloji, mənəvi, əxlaqi və s. ola bilər. Əsas odur ki, siz ayənin şəxsən sizə nə demək istədiyini anlaya biləcəksiniz. Sadə dillə yazılmış, adi və rəvan anlayışlan misallarla tərtib olunmuş bu kitabda, əslində çox həyati və zəruri məsələlərə toxunulub.Kitabı bu ünvanlardan əldə edə bilərsiz:

 1. Nizami metrosunun çıxışında "Hacı Soltanəli" məscidinin yanında yerləşən "Furqan" və ona bitişik olan "Əhlibeyt" dükanı. 2. Nizami metrosuna yaxın yerləşən "Məşədi Dadaş" məscidinin həyətində olan dükan. 3.Nizami metrosunun çıxışında olan "Haqqın nuru" dükanı 4. Neftçilər metrosu, "Start İdman Kompleksi"nə yaxın yerləşən "İmam Zaman" məscidinin yanında olan "Furqan" dükanı 5. İçərişəhər metrosu ilə üzbəüz olan yeraltı keçiddə yerləşən kitab köşkü.

 

Mənbə: FaktXəbər. 

28 sentyabr 2013
GO BACK