Kahokiya şəhərinin sirləri və müəmmaları hələ də açılmayıb. ABŞ-ın Missuri ştatındakı Sent-Lüis şəhərinin həndəvərində olan bu şəhərin məkanı UNESCO-nun Dünya Mədəniyyət İrsi siyahısına daxil olunub. 6 kvadrat kilometrlik sahədə əvvəllər qədim Kahokiya şəhəri vardı. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, indiki Sent-Lüisin yerindəki qədim maya şəhərində təxminən 15 min nəfər yaşayırdı. 120 ehram, məbəd və piramidanın da olduğu şəhərin mərkəzində qala divarları ilə əhatələnmiş "İç şəhər" də vardı.
Oranın mərkəzində Günəş Məbədi tikilmişdi. Şəhərdəki yaşam və insanların əməlləri ilə bağlı hər hansı məlumat, ehtimal və ya araşdırmaya imkan verəcək heç nə qalmayıb. Alimlərin dediklərinə görə, Kahokiyanı məhv etmiş yanğının səbəbləri də bilinmir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qədimlərdə Şimali Amerikanın ən inkişaf etmiş şəhərlərindən biri sayılan Kahokiya o dönəmlərdəki London və Paris boyda idi. 1150-1200-ci illər arasında yaşanmış böyük yanğın bu şəhəri məhv edib.
Şəhərdən qalan indi Kolinsvill yaxınlığındakı Kahin kurqanıdır.
Mənbə: Milli.Az