Qadin.NET / Sinoptiklərdən istirahət günü ilə bağlı bəd xəbər

Sinoptiklərdən istirahət günü ilə bağlı bəd xəbər

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, axşam 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 17-22° isti olacağı gözlənilir. Azərbaycanın bəzi yerlərində sentyabrın 29-da şimşək çaxacağı, arabir yağIş yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s olacaq. Aran rayonlarında havanın temperaturunun gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir. Dağlarda gecə 5-10°, gündüz 12-16° isti olacağı gözlənilir. Yaxın bir neçə gün ərzində Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Mənbə: Milli.Az

28 sentyabr 2013
GO BACK