Yaponiyanın Honsyu adasının şimal-şərq hissəsində yerləşən Toxoku regionunda içi hava ilə doldurulmuş dünyanın nəhəng konsert zalı inşa edilib.Milli.Az ICTnews-a istinadən bildirir ki, yarımşəffaf materialdan hazırlanan və daxilində səhnə və 500 nəfərlik tamaşaçı zalının yer aldığı nəhəng tikilinin içini 2 saata hava ilə doldurmaq mümkündür. Oturacaqlar 2011-ci ildə Toxoku regionunda baş vermiş sunami nəticəsində zədələnmiş sidr ağaclarından hazırlanıb. Layihə müəllifi qismində Aniş Kapur və Arata İsodzaki çıxış edir.Konsert zalının bütün region üzrə yerini dəyişərək gəzəcəyi və orada müxtəlif konsertlərin keçiriləcəyi gözlənilir. İlk belə tədbir Masusime şəhərində sunamidən zərər çəkmiş regiona dəstək üçün Ark Nova musiqi festivalı olacaq. Konsert zalının ilk dəfə cari ilin oktyabrın 14-də tamaşaçıların ixtiyarına veriləcəyi gözlənilir.
Mənbə: Milli.Az