Qadin.NET / "Quba alması"na müştəri tapılmır

"Quba alması"na müştəri tapılmır

 

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, artıq 15 gündür Quba bağlarında alma yığımı aparılır. Sahibkarlar builki məhsuldarlığın qənaətbəxş olduğunu bildirirlər. Amma fermerlər əldə etdikləri məhsulun keyfiyyətindən narazıdırlar. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsulun çox hissəsi qurdlu və çürük meyvələrdən ibarətdir. Bağ sahiblərini narahat edən digər məqam meyvənin qiymətinin aşağı olmasıdır. Ötən illə müqayisədə bu il qiymət 2 dəfə aşağıdır. Əvvəllər əldə etdiyi məhsulun 1 kq-nı 35-50 qəpik arasında dəyişən qiymətlə satan fermerlər indi bu rəqəmin 25-30 qəpiyə endiyini bildirirlər. Nadir hallarda isə 1 kq alma 35 qəpiyə satılır. Soyuducu anbarlarda məhsul saxlanılması isə sahibkarlara baha başa gəlir. Sentyabrın ortalarından başlanan alma yığımı oktyabrın sonlarında başa çatacaq. Quba rayonu üzrə 14 min 476 hektar meyvə bağı becərilib. Meyvə yığımına başlanıldığı gündən indiyə qədər 55 min ton meyvə yığılıb.

 

Mənbə: Milli.Az

28 sentyabr 2013
GO BACK