Qadin.NET / Suriyada kimyəvi silahın məhv edilməsi planı təsdiqləndi

Suriyada kimyəvi silahın məhv edilməsi planı təsdiqləndi

 

Kimyəvi silahların qadağan olunması üzrə Təşkilatın (KSQT) icraçı şurası şənbə gününə keçən gecə Suriyada kimyəvi silahın məhv edilməsi planını təsdiqləyib. Trend Frans Press agentliyinə istinadən xəbər verir ki, bu barədə KSQT nümayəndəsi Maykl Luhan (Michael Luhan) məlumat verir. "Qərar qəbul olunub və dərhal qüvvəyə minir", - Luhan bildirib.

 

Təşkilatın rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir ki, qəbul edilmiş qərar barədə rəsmi bəyanatlar bazar ertəsindən tez olmayaraq veriləcək.
Mənbə: Milli.Az
28 sentyabr 2013
GO BACK