Qadin.NET / Toshiba Taylanda qayıdır

Toshiba Taylanda qayıdır

 

Toshiba Tailandda yerləşən və Toshiba Group şirkətlər qrupuna daxil olan Toshiba Semiconductor (Thailand) Co., Ltd. (TST) şirkətinin yarımkeçirici məhsulların istehsalı üzrə yeni müəssisəyə köçməsinin başa çatdırılmasını və tammiqyaslı işə başlamasını açıqlayıb. Bu, 2011-ci ildə baş verən dağıdıcı daşqınlardan sonra şirkətin tam bərpa olunması deməkdir. Milli.Az ICTnews-a istinadən bildirir ki, Banqkokun şimal-şərqinin 140 km-də olan yeni istehsal yeri Praçinburi əyalətinin sənaye parkının ərazisində yerləşən müəssisədir. Tikinti işlərinə 2012-ci ildə başlanıb, məhdud istehsala cari ilin aprelində başlanıb və hazırda müəssisə cari məhsuldarlıq gücü ilə fəaliyyət göstərir. Qeyd edək ki, TST şirkəti 2011-ci ilin oktyabrında daşqınlar nəticəsində Banqkadi sənaye parkında yerləşən zavodu su basanda istehsalı dayandırmaq məcburiyyətində qalıb. İşin məcburi dayandırılması zamanı Toshiba şirkəti istehsalı Yaponiya və Malayziyadakı müəssisələrə köçürüb. TST-nin yeni zavodunun açılması ilə Toshiba əvvəllər Tailandda həyata keçirilən bütün əməliyyatları tədricən bərpa etməyi planlaşdırır.
Mənbə: Milli.Az

 

28 sentyabr 2013
GO BACK