Qadin.NET / 101 yaşında sürücülük vəsiqəsi aldı

101 yaşında sürücülük vəsiqəsi aldı

 

İtaliyada 101 yaşlı Emilio Zumerle adlı şəxs sürücülük vəsiqəsi alıb. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 1912-ci il təvəllüdlü E.Zumerle yazılı və sükan arxasında imtahanları uğurla verərək daha 5 il müddətinə avtomobil idarə etmək hüququ qazanıb.
İndi italiyalı ixtiyar ən yaşlı sürücü kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Qeyd edək ki, o, 1967-ci ildən "Fiat Giardinetta" markalı avtomobil idarə edir.
Mənbə: Milli.Az

 

28 sentyabr 2013
GO BACK