Google şirkətinin axtarış sisteminin işi Hummingbird adlı yeni alqoritmə keçirilib. Əslində sistem bir ay əvvəl yeni alqoritmlə işləməyə başlayıb, lakin şirkət onun üstünlükləri haqqında yalnız indi danışmağa qərar verib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Googledan qeyd ediblər ki, Hummingbird alqoritminin tətbiqi axtarış sistemində 2010-cu ildən həyata keçirilmiş ən mühüm yenilikdir. Xatırladaq ki, 2010-cu ildə şirkət Caffeine texnologiyasını tətbiq edib. Sözü gedən texnologiya axtarış sisteminin işinin sürətləndirilməsinə yönəlib, Hummingbird isə onun işini daha da ağıllı etməlidir.
Korporasiyadan bildirilib ki, yeni alqoritm mürəkkəb sorğuları daha yaxşı emal edir. O, ayrı-ayrı söz və söz birləşmələrini deyil, təbii sualları da emal edə bilir. Google şirkəti, həmçinin tezliklə iOS üçün axtarış xidmətini yeniləməyə söz verib.
Mənbə: Milli.az
Mənbə: Milli.az