Qadin.NET / Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinin sürətləndirilməsi məqsədilə yeni agentlik fəaliyyətə başlayacaq

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinin sürətləndirilməsi məqsədilə yeni agentlik fəaliyyətə başlayacaq

 

Səhiyyə Nazirliyi Azərbaycan səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiqi məsələsinə aydınlıq gətirib.

Nazirliyin internet saytında keçirilən onlayn konfransda APA-nın sualını cavablandıran səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.

Onun sözlərinə görə, səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlərin sürətləndirilməsi məqsədilə prezident tərəfindən təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”nda da xüsusi bənd qeyd edilib: “İcbari tibbi sığorta sisteminin tətbiqinin sürətləndirilməsi məqsədilə sözü gedən Agentliyin təşkil olunaraq fəaliyyətə başlaması gözlənilir”.

 

Mənbə: APA.az

28 sentyabr 2013
GO BACK