Qadin.NET / Gəncədə bu gün muzeylərə ziyarət pulsuzdur

Gəncədə bu gün muzeylərə ziyarət pulsuzdur

 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, 27 sentyabr Ümumdünya Turizm günü dünyanın 150-dən çox ölkəsində, o cümlədən zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda da qeyd olunur. Bu gün tarix-mədəniyyət qoruqlarına, muzeylərə və digər mədəniyyət müəssisələrinə giriş pulsuzdur. Gəncədə də səhər saat 10:00-dan ziyarətçilər şəhərdə fəaliyyət göstərən muzeylərə pulsuz ekskursiya ediblər. 1924-cü ildən fəaliyyət göstərən Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix Diyarşünaslıq muzeyinə də ziyarətçilər gəlib. Onlara burada 6 bələdçi 30 min ekspanat barədə məlumat verib. Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix Diyarşünaslıq muzeyinin bələdçisiTurkan Həsənova: “Səhərdən başlayaraq 5 qrup gəlib. Ziyarətçilərimiz qədim eksponatlarla, müasir dövrlə maraqlanıblar.

 

Daha çox tarix, turizm fakültəsinin tələbələri gəlirlər”.

Mənbə: Milli.Az

27 sentyabr 2013
GO BACK