APA-nın İSNA-ya istinadən məlumatına görə, tərəflər arasında görüş Vyanada AEBA-nın mənzil-qərargahında keçirilir. Danışıqlarda İran nümayəndə heyətinə bu ölkənin agentlikdəki yeni daimi nümayəndəsi, səfir Rza Nəcəfi rəhbərlik edir. Qeyd edək ki, indiyədək İranla agentlik arasında aparılmış danışıqlar nəticəsiz başa çatıb və heç bir razılıq əldə olunmayıb. Tərəflər arasında əsas mübahisəli məsələlərdən biri Parçin hərbi sənaye kompleksidir.
Mənbə: Milli.Az