Qadin.NET / Azərbaycanda kişi həkimlər azalır

Azərbaycanda kişi həkimlər azalır

 

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycan Tibb Univeristetində təhsil alanların 65 faizi qızlardır. Rezidenturaya qəbul olunanlar da, əsasən, qızlardır. Buna görə də artıq tibb təhsili sahəsində oğlanların çatışmazlığı hiss olunur. M.Abbaszadə tələbə kontingentinin 50 faizindən coxunu qızların təşkil etdiyi digər ali məktəblərin də adlarını açıqlayıb. O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrin 85, Bakı Dövlət Universitetində 75, Rəssamlıq Akademiyasında 80, Naxçıvan Müəllimlər Universitetində 90, Azərbaycan Dillər Universitetində 80 faizindən çoxu qızlardır.
Mənbə: Milli.Az

 

27 sentyabr 2013
GO BACK