İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakıda və respublikanın rayonlarında mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Bu barədə Trend-ə cümə günü nazirlikdən məlumat verilib.
Bakının Yasamal, Səbail, Nəsimi rayonlarında, Sumqayıt şəhərində, eləcə də respublikanın Tovuz, Quba, Bərdə, Tərtər, Füzuli rayonlarında fəaliyyət göstərən mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı 270 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Məlumatda bildirilir ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Mənbə: Milli.Az