Qadin.NET / Təhsil nazirinin Lənkəranda vətəndaşları qəbul vaxtı dəyişdirilib

Təhsil nazirinin Lənkəranda vətəndaşları qəbul vaxtı dəyişdirilib

 

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarovun sentyabrın 30-da nəzərdə tutulan Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarov oktyabr 19-da saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və [email protected] elektron poçt ünvanına müraciət edərək 30 sentyabr tarixli qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar oktyabrın 19-da qəbul ediləcəklər. Qəbul haqqında əlavə məlumat veriləcək.

Mənbə: APA.Az

27 sentyabr 2013
GO BACK