27 sentyabr 2013-cü ildən Bakı-Balakən sərnişin qatarı əsaslı təmirdən çıxmış vaqonlardan ibarət tərkibdə xəttə buraxılacaq. Vaqonlar Rusiya Federasiyasının Voronej və Ukrayna Respublikasının Dnepropetrovsk şəhərlərindəki vaqon təmiri zavodlarında əsaslı təmir olunub. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-in mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Məlumatda deyilir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 60 ədəd sərnişin vaqonu təmir müddətinin keçməsi səbəbindən Ukrayna Respublikasına təmirə göndərilib, bu günə kimi 46 vaqon təmir olunaraq Azərbaycana gətirilib. Eyni zamanda Rusiya Federasiyasının Voronej şəhərinə göndərimiş 16 vaqondan 6-sı artıq ölkəmizə gətirilib. Hazırda 38-37 saylı Bakı-Tbilisi, 55-56 saylı Bakı-Moskva və 369-370 saylı Bakı-Xarkov şərnişin qatarları bu vaqonlardan tərtib olunub.
Mənbə: Milli.Az
Mənbə: Milli.Az