Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrı 45-ci mövsümü açıq elan edib. 45-ci mövsümün ilk günündə Mingəçevir Dövlət Dram Teatrında xalq yazıçısı Əli Əmirlinin “Mən səni sevirəm” iki hissəli pyesi nümayiş etdirilib.
Teatrın direktoru Həsən Həsənov dedi ki, bu tamaşa Mingəçevirdən olan şagird və müəllimlər üçün hazırlanıb. Tamaşa müasir dövrdə şagirdlərin məktəb, ev, o cümlədən cəmiyyətdəki davranışlarından bəhs edir. Teatrın direktoru həmçinin dedi ki, bu tamaşaya tanınmış rejissor Bəhram Osmanov quruluş verib. Tamaşanın rəsmlərini Sevinc Həsənova, rəqslərini Vüsal Mehrəliyev hazırlayıblar. Qeyd edək ki, premyerada baş rolları əməkdar aktyor Asim Məmmədov və əməkdar aktrisa Afət Əliyeva canlandırıblar.

Mənbə: Milli.Az