Qadin.NET / "Real"la "Barselona"nın oyunlarının hakiminə sərt cəza

"Real"la "Barselona"nın oyunlarının hakiminə sərt cəza

 

"Elçe" - "Real" Madrid oyununun baş hakimi La Liqada 2 turun oyunlarından kənarlaşdırılacaq, mövsüm bitdikdən sonra isə 1-ci diviziona göndəriləcək. Milli.Az Marca-ya istinadən xəbər verir ki, İspaniyanın inzibati komitəsi hakimMunyis Fernandesi İspaniya çempionatının 2 turundan kənarlaşdırmağa qərar verib. 43 yaşlı hakim "Elçe" - "Real" matçına görə cəzalandırılmayıb. Həmin oyunun 94-cü dəqiqəsində o, "Kral" klubuna penalti vuruşu verərək qələbə qazandırmışdı. 4-cü turda "Barselona" - "Sevilya" (3:2) qarşılaşmasında Munyis Fernandes səhv qərar verərək Əndəlüs klubunun təmiz qolunu saymayıb. Mənbənin məlumatına görə, inzibati komitə "Elçe" - "Real" oyununu oktyabrın 1-də araşdıracaq.Gözlənilir ki, Munyis "Elçe"nin heç bir oyununda hakimlik etməyəcək, yanvar ayından beynəlxalq oyunlardan kənarlaşdırılacaq, həmçinin mövsüm bitəndən sonra aşağı liqaya keçiriləcək.

 

Mənbə: Milli.Az 

 
27 sentyabr 2013
GO BACK