Qadin.NET / Bill Qeyts: "Bu, yanlış addım idi"

Bill Qeyts: "Bu, yanlış addım idi"

 

 

Microsoft şirkətinin rəhbəri Bill Qeyts kompüterlərdə "Ctrl-Alt-Del" kombinasiyasının yaradılmasının yalnış addım olduğunu etiraf edib. Qeyts deyib ki, ilkin vaxtlarda giriş əməliyyatı üçün ayrıca bir düymənin tətbiq olunması planlaşdırılırdı. Lakin klaviaturaları layihələndirən İBM şirkətinin mühəndisləri bu proses üçün ayrıca düymə yaratmaq istəmədilər. Milli.Az xəbər verir ki, Microsoft-un təsisçisi Bill Qeyts bu sözləri Harvard Universitetində müsahibəsi zamanı deyib. Qeyts digər səhvlərini də etiraf edib. O hesab edir ki, şirkət mobil telefon sahəsində mövqelərindən geri çəkilməli olub. Bu səbəbdən də liderliyi ələ ala bilməyib.

 

Mənbə: Milli.Az

27 sentyabr 2013
GO BACK