Qadin.NET / İdmançı arıqlamaq istədi, məşqdə öldü

İdmançı arıqlamaq istədi, məşqdə öldü

 

Qarışıq döyüş növləri üzrə döyüşçü, braziliyalı Leandro Souza növbəti döyüş ərəfəsində vəfat edib. Milli.Az El Mundo-ya istinadən bildirir ki, 26 yaşlı döyüşçü indiyədək peşəkar rinqdə 4 döyüş keçirmiş, 3 qarşılaşmada uduzmuş, birində qalib gəlmişdi. "O, döyüş ərəfəsində arıqlamaqla məşğuldu. Səhərədək zalda çalışdı. Səhərə yaxın qəflətən özünü pis hiss etdi, yıxıldı və keçindi", - döyüşçünün məşqçisi Andre Pederneyres deyib.

Mənbə: Milli.Az

27 sentyabr 2013
GO BACK