Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, aksiyada rayon ictimaiyyəti fəal iştirak edib. Respublika Qan Bankının həkim birqadasının iştirakı ilə keçirilən qanvermə aksiyasında gün ərzində 390 rayon sakinindən qan alınıb. Onlar müəyyən tibbi müayinədən keçdikdən sonra qanvermə prosesində iştirak ediblər. Qanvermə zamanı qan verən insanların səhhətində hər hansı neqativ hal yaşanmayıb. Qan verənlərə xüsusi diqqət ayrılıb. Gün ərzində 60 litrdən çox qan toplanıb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Mənbə: Milli.Az