Qadin.NET / Alpinist dağın başında xəzinə tapdı

Alpinist dağın başında xəzinə tapdı

 

Fransalı alpinist Monblan dağında 246 min avro dəyərində xəzinə tapıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin xəzinə 50 il ərzində buzun altında qalmışdı. Alpinistin tapdığı dəmir qutuda zümrüd, yaqut və sapfir daşları olub. 
Alpinist tapdığı xəzinəni polisə təqdim edib. "Bu cavan oğlan başa düşüb ki, bu daş-qaşlar buzluqda dünyasını dəyişən birinə məxsus olub. Alpinist onları özünə saxlaya bilərdi, lakin polisə verməyi üstün tutub", - yerli hüquq-mühafizə orqanının nümayəndəsi Silven Merlideyib. Xəzinənin sahibini də müəyyənləşdirmək çətin olmayıb. Daşların olduğu paketlərin üzərində "Made in İndia" (Hindistanda istehsal olunub) sözləri yazılmışdı. 1950-ci ildə Monblan dağında "Air India" aviaşirkətinin təyyarəsi qəzaya uğramışdı. Dağda hələ də insan cəsədlərinin qalıqları var. Fransa qanunlarına əsasən, xəzinənin sahibi və ya varisi ortaya çıxmazsa, xəzinə onu tapan şəxsə qalır. 
Mənbə: Milli.Az
27 sentyabr 2013
GO BACK