Qadin.NET / TRT Türk telekanalında Azərbaycanın müasir memarlığına dair proqram nümayiş etdiriləcək

TRT Türk telekanalında Azərbaycanın müasir memarlığına dair proqram nümayiş etdiriləcək

 

Bu barədə Trend-ə TRT Türk Bakı nümayəndəliyindən daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, TRT Türk efirində nümayiş etdirilən ''Dev Yapılar'' programı budəfəki bölümünü Azərbaycanın patyaxtı Bakıya həsr edib. Programın çəkiliş qrupu dünyanın hər yerində yeni, müasir üslubda inşa edilən göydələnlərin təməlqoyma mərasimindən başlayaraq, bina istifadəyə verilənə qədər inşaat-tikinti prosesini lentə alır.
TRT Bakı təmsilcisi Yüksəl Değercan "Dev Yapılar'' programının Heydər Əliyev Mərkəzində və Alov Qüllələrində çəkiliş apardığını qeyd edib. Azərbaycanın müasir memarlığına həsr edilmiş ''Dev Yapılar'' programı sentyabrın 28-də Bakı vaxtı ilə saat 00.10 radələrində TRT Türk kanalında nümayiş etdiriləcək.

Mənbə: Milli.Az

27 sentyabr 2013
GO BACK