Qadin.NET / Daha yaxşı anlamaq üçün: kişilər qadın ayaqqabılarında

Daha yaxşı anlamaq üçün: kişilər qadın ayaqqabılarında

 

Daha yaxşı anlamaq üçün: kişilər qadın ayaqqabılarında
Kanadanın Toronto şəhərində qeyri-adi aksiya keçirilib. "Onun ayaqqabılarında bir mil" (Mile In Her Shoes) aksiyası artıq ənəvi hal alıb və hər il keçirilir. Aksiyadan əldə edilən pullar xeyriyyə məqsədilə xərclənir. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, aksiya zamanı dikdaban qadın ayaqqabıları geyinən kişilər bu minvalla qadınların "nə çəkdiklərini" anlamağa çalışırlar. Bundan başqa, aksiya qadınlara qarşı zorakılığa və qadın hüquqlarının tapdanmasına qarşı yönəlmişdi. Dikdaban qadın ayaqqabıları geyinərək küçəyə çıxmış kişilər arasında Kanadanın məşhur siyasətçiləri, dövlət və ictimai xadimləri, sənətçiləri, idmançıları və digər tanınmış şəxsləri vardı. Aksiyanın banisi Frenk Beyrd deyir: "Ailə-məişət zorakılığının qurbanlarının tam əksəriyyəti qadınlar olsa da, belə zorakılığın qurbanları tək onlar deyil. Qadına qarşı zorakılıq əslində kişinin zəifliyi və onun öz azadlığını, öz hüquqlarını pozmasıdır".
Mənbə: Milli.Az

 

27 sentyabr 2013
GO BACK