Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Osmanlı Nyu-Yorka səfər edib. Trend-in məlumatına görə, səfərin əsas məqsədi Xəzər Strateji İnstitutunun (HASEN) təşkil etdiyi Xəzər forumunda iştirak etməkdir. Forum "Avropanın enerji təhlükəsizliyində iştirak edən Cənub Qaz Dəhlizi" mövzusuna həsr edilib. BMT-nin 68-cı Baş Assambleyası günlərində keçirilən Xəzər Forumunda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Bosniya və Hersoqovina, Xorvatiya, Makedoniya, Albaniyanın xarici işlər nazirləri, və ümumilikdə Xəzər bölgəsinin və Avropanın 32 ölkəsindən baş nazir, BMT İdarə Heyətinə qatılan yüksək səviyyəli rəsmilər iştirak ediblər. Qeyd edək ki, Xəzər forumu bölgəsinin iqtisadi, siyasi və strateji potensialını araşdırmaq, iş birliyi və ortaqlıq sahələrini müəyyən etmək üçün hazırlanan bir platformadır.
Mənbə: Milli.az