İndiki zamanda qızların əksəriyyəti sevgi üzərində ailə qurmağa meyl edir. Onlar belə düşünür ki, sevmədən ailə qurmaq o ailənin uzunömürlü olmasını sual altında qoyar. Məhz bu səbəbdən gələcək həyat yoldaşı mütləq 2-3 il sevgili olduğu bir insan olmalı, bu müddət ərzində bütün yaxşı və pis tərəflər öyrənilməli, bundan sonra ailə qurub-qurmamaq haqqında düşünülməlidir.
Əvvəlki dövrlərə baxdıqda sevərək ailə quran insanların tək- tük olduğunu görmək olar. Daha çox görücü üsulu, ana, bacı, xalaların bəyənməsi ilə ailələrin qurulmasına üstünlük verilirdi. Maraqlısı budur ki, bu üsulla qurulan ailələr indiki sevgi üstündə qurulan ailələrə nisbətən daha möhkəm və uzunömülü olurdu. Belə olan halda hansı üsulla ailə qurmaq da insanı düşündürməyə bilmir.
Ailə xoşbəxtliyinin sirlərini təkcə məhəbbətlə izah etmək mümkün deyil. İnsanların təxminən 30 faizi bir-birini sevmədən ailə qururlar. Buraya ilk növbədə qohum və tanışlar, ana və bacılar vasitəsilə qurulan ailələr daxildir. Bir çox ailələr isə təsadüfi tanışlıq əsasında yaranır. Müəyyən mülahizə ilə bağlanan nikahlara da az təsadüf olunmur. Boşanmaya aid statistika göstərir ki, bu ailələrin bir qismi müəyyən vaxt keçdikdən sonra dağılır. Qarşılıqlı məhəbbət olmadan yaranmış ailələrin hamısı sonradan dağılır deyə bir qanun yoxdur. Hətta bir-birini sevmədən ailə qurmuş ər və arvadın bir çoxu sözün həqiqi mənasında xoşbəxt yaşayırlar. Onlar evlənəndən sonra bir-birinə sanki sevmək öyrədir və sağlam uşaqlar tərbiyə edirlər. İki insan arasında hörmət və bağlılıq olmadığı müddət məhəbbətin də ailəni qurtarma şansı sıfıra bərabərdir. 61 yaşlı Həmziyyə Əliyeva deyir ki, o, ailə qurduğu zaman yoldaşının üzünü belə görməyib. Ailə böyüklərinin məsləhəti ilə 16 yaşında ailə quran Həmziyyə xala 45 ildir ailəlidir: "5 uşaq böyütmüşük. 5-i də ali təhsilli iş sahibi olublar. Ailəmizdə indiyə kimi heç vaxt böyük söz-söhbət olmayıb. Boşanmaq sözünü heç dilimizə almamışıq. Bəxtimdən yoldaşım insan adam olub. Pis olsa belə ailə dağıtmaq kimi fikrimiz ola bilməzdi. Fərqi yoxdur ki, insan sevir, ya sevmədən ailə qurur. Vacib olan odur ki, qarşındakı insana böyüyün kimi hörmət edəsən, sayasan. Belə ailələrdə sevgi olmasa belə xoşbəxtlik, sakitlik hər zaman olur".
Psixoloq Qurban Talıblının sözlərinə görə, indiki zamanda qadınların sevmədən ailə həyatı qurmasında bir sıra faktorlar var ki, bunlardan birincisi yaşın ötməsidir. Dost- tanışın, qohum qızların tez ailə həyatı qurması qızlarda "mən geridə qaldım" hissi yaratdığı üçün bəzən onlar sevdikləri olsa belə gözləmədən seçərək ailə qururlar. Belə qurulan ailələrin uzunmüddətli olması sual altındadır. Sevmədən ailə qurmaq o halda uğurlu olur ki, insanın keçmişində hər hansı bir yarası, gözlədiyi olmur: "Qadınların ailə qurmasında ilk amil yaşdır. Müəyyən bir yaşa çatmış qadın bütün yaşıdlarının artıq çoxdan ailə-uşaq sahibi olduğunu görüb və cəmiyyətin onun yaşı ilə bağlı şərhlərindən bezərək elə ilk evlilik təklifi edən insanla ailə həyatı qurur. İkincisi, qadının "yavaş-yavaş sevərəm" fikrinə saf şəkildə inanmasıdır. Qadın sevmədiyi, amma "xarakteri gözəl" bir insana ərə gedəndə düşünür ki, zaman keçdikcə o insanı sevəcək. Amma təəssüf ki, bu cür ailələlər heç olmasa müvəqqəti də olsa bir-birinə vərdiş edib və bununla da sevgini vərdişlə əvəzləməyə imkan tapmamış artıq boşanma mərhələsinə gəlib çıxırlar. Üçüncüsü, qadının daha yaxşı insana rast gəlməmək qorxusudur. Son şansını əldən vermək qorxusu qadınlara imkan vermir ki, onlar ailə qursun. Amillər çoxdur. Boşanma hallarını 100% sevmədən ailə qurmağa yükləmək düzgün deyil". Psixoloqa görə, ailə həyatı o halda uğursuz olur ki, sevməməklə yanaşı digər amillər də olsun. Qadının əvvəlki həyatında uğursuzluğu, sevdiyi insan ola-ola başqası ilə ailə qurması, acığa ailə qurması, evdə qalmamaq üçün gözüyümülü getməsi o ailənin uzunömürlü olmasını sual altına qoyar. Ailə o halda məhəbbətsiz möhkəm olur ki, seçilən insana hörmət etməyi bacarasan: "Sevmədən qurulan ailələrin dağılmasına səbəb qadının həyat yoldaşında sevdiyi insanın xarakterini, davranışlarını axtarıb tapa bilməməsidir. İkinci bir insanla müqayisə birincini hər zaman əskik göstərər və qadınlar məhz bu əskiklikdən yola çıxaraq sonda ailənin dağılmasına qədər gedərlər. Sevərək ailə qurmaq təqadirəlayiqdir, lakin ifrat dərəcədə olan sevgi də ailə dağıda bilir. Yersiz qısqanclıqlar, bir-birini başa düşə bilməmək, sevginin zamanla dəyişib başqa hallara keçməsi, məsələn, sevgidən doğan şiddət, həddindən artıq qoruma istəyi ilə yaranan qadağalar və s. ailəni sarsıdan amillərdəndir. Vacib deyil ki, ailə qurmaq üçün insan insanı sevsin. Əgər qarşındakı insanla dost, yoldaş, sirdaş olmağı bacarırsansa, qarşılıqlı hörmət və anlayış varsa belə ailələr daha uzunmüddətli olur. Ailədə sevginin olub olmamasının elə də bir əhəmiyyəti yoxdur. Çünki, bu gün boşanan gənclərin əksəriyyətinin 4-5 il sevgi keçmişi olur". Həmsöhbətimiz məsləhət görür ki, yaş neçə olur-olsun, kiminsə acığına, ailə qurmaq xatirinə ailələr qurulmasın. Çünki belə ailələr hisslərin qurbanı olur. Sevmək hissinin olması vacib deyil. Hörmət, saymaq, güvənmək və inanmaqla bağlı problem yoxdursa məhz belə insanla ailə qurmaq daha məsləhətlidir.

Mənbə: Milli.Az