Türkiyə Superliqasının V turu çərçivəsində keçirilən və azarkeşlərin meydana daxil olması səbəbindən 90+3-cü dəqiqədə dayandırılan “Beşiktaş” - “Qalatasaray” (1:2) qarşılaşması ilə bağlı cəzalar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi qalmaqallı derbi ilə bağlı yekun qərarını verib.
Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Beşiktaş” ev sahibi komanda olduğu üçün kluba 4 matç azarkeşsiz oynama cəzası verilib. Digər tərəfdən oyun davam edərkən hakimə etirazları səbəbindən tribunaya göndərilən “ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç isə 3 oyunluq cəzalandırılıb. Rəqibə sərt şəkildə müdaxilə edən və qırmızı vərəqə alan “Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo isə 2 oyun komandasına kömək edə bilməyəcək.
Mənbə: Milli.Az