Bədbəxt hadisənin baş verməməsi üçün sürücünün sükan arxasında diqqətli olması həmişə yetərli olmur. Sürücüdən asılı olmadan baş verəcək gözlənilməz hadisə bir anda ağır hadisəyə səbəb ola bilir. Milli.Az belə bir hadisəyə səbəb olacaq halla Bakının Yasamal rayonunda, Mətbuat prospektində rastlaşıb. Prospektdə iki yol ayrıcında olan hündür işıq dirəyi təhlükəli vəziyyətdədir. Ortadan əyilmiş işıq dirəyinin küləyin təsirindən və ya ani toxunuşdan aşması qaçılmazdır. Aşan dirəyin yüksək sürətlə hərəkət edən avtomobillərin üzərinə düşməsinin necə ağır fəsadlara yol açağını təsəvvür etmək çətin deyil. Məsələ ilə bağlı məlumatlandırılan "Bakı şəhər küçə işığı" elektrik şəbəkə müəssisəsinin direktoru Məhərrəm Babayev problemin qısa zamanda həll ediləcəyinə söz verdi. Müəssisə direktoru Milli.Az-a bildirdi ki, bu gün işıq dirəyinə baxış keçiriləcək və problem aradan qaldırılacaq.
Mənbə: Milli.Az