Qoç - günün ilk yarısında səbrli və təmkinli olmağa çalışın.
Ağır saatlardır, amma ümidsizliyə qapılmayın. Müstəqil çalışsanız, uğura nail ola bilərsiniz.
Planlarınızın reallaşmasında sizə yardım edəcək müttəfiq və ya yardımçı arayışları gözlənilən nəticəni verməyəcək.
Günün maliyyə fonu əlverişli deyil. İtki, uğursuz anlaşma və alış-veriş riski var.
Günün ikinci yarısı müsbət təmayüllərin təsirini artırır. Dostlar sizi dəstəkləyəcəklər.
Sevdiyiniz insanla münasibətlərinizdə son günlər yaranmış anlaşılmazlıq aradan qalxacaq.
Sevdiyiniz insanla münasibətlərinizdə son günlər yaranmış anlaşılmazlıq aradan qalxacaq.
Səfər və ya səyahətdə xeyir var.
Buğa - tənbəl və ətalətli olmayın, süst düşməyin. Enerjizi gərəkli istiqamətə yönəldin.
Başqalarının nöqsan və zəifliklərinə qarşı dözülməz olmayın. Ətrafınızdakı insanlara yerinə yetirilməsi çox çətin tələblər irəli sürməyin.
Başqalarının nöqsan və zəifliklərinə qarşı dözülməz olmayın. Ətrafınızdakı insanlara yerinə yetirilməsi çox çətin tələblər irəli sürməyin.
Aktiv olun, ətalət axınına düşməyin.
Həddən artıq yeməyin, eyni zamanda ac da qalmayın.
Günün ikinci yarısında xoş xəbərlərin alınması və sürprizlərin olması istisna deyil.
Rəğbət bəslədiyiniz insan özünü xatırladacaq. Romantik görüş uğurlu olacaq.
Rəğbət bəslədiyiniz insan özünü xatırladacaq. Romantik görüş uğurlu olacaq.
Axşam saatları alış-veriş üçün əlverişlidir.
Əkizlər - baş verəcək hadisələrdən asılı olmayaraq təşvişə düşməyin, təlaşa qapılmayın.
Yaşanan olayları tələsik dəyərləndirməyin. Gün ərzində baş verəcək hadisələrin əksəriyyətini dürüst qiymətləndirmək üçün səbrli və təmkinli olmalısınız. Proseslərin gerçək mahiyyətini az sonra dərk edəcəksiniz.

İntellektual fəaliyyət, çətin problemlərin həlli, bilik və təcrübə əldə etmək üçün uğurlu gündür.
Yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqları, mübahisə və ixtilaf yarana bilər.
Dediklərinizi hamı düzgün başa düşmür. Yanılanlar çoxdur. Xüsusilə də həssas insanlar xırda məsələlərə görə sizdən inciyirlər.
Dediklərinizi hamı düzgün başa düşmür. Yanılanlar çoxdur. Xüsusilə də həssas insanlar xırda məsələlərə görə sizdən inciyirlər.
Yaxşı tanımadığınız insana sirr verməyin, gələcəklə bağlı planları onunla bölüşməyin.
Sizə dəfələrlə xəyanət etmiş adam yalan danışa bilər.
Sizə dəfələrlə xəyanət etmiş adam yalan danışa bilər.
Xərçəng - gün uğursuz sayıla bilər. Əsas problem əlverişsiz, namünasib emosional fondur. Qıcıqlı olaraq sərt danışa bilərsiniz. Təmkinli və səbrli olun. Yaxınlarınızı istəmədən acılamayın.
Sərt və aqressiv olduğunuzdan günün ikinci yarısına qədər tək çalışmaq məcburiyyətində qalacaqsınız.
Günün ikinci yarısında maliyyə problemləri yarana bilər. Lakin situasiya ilk baxışdan göründüyü qədər pis deyil.
Maliyyə vəsaitini qənaətlə xərcləyin.
Maliyyə vəsaitini qənaətlə xərcləyin.
Səfər və ya səyahət gözlənilməz gecikmələr, nəqliyyatdakı problemlər ucbatından uğursuz alına bilər.
Şir - qəfil uğur, yaşamınızda müsbət dəyişikliklərə təkan verəcək təsadüf ola bilər. Alış-veriş üçün düşərli gündür. Yaxın ətrafınızdakı insanlar və dostlarla münasibətlərinizi daha səimmi edin.
Ümumi işlə məşğul olmaq üçün planları dəqiqləşdirin, hədəfləri bəlirləyin.
Ümumi işlə məşğul olmaq üçün planları dəqiqləşdirin, hədəfləri bəlirləyin.
Eksperimentlərdən çəkinməyin: sınaqların nəticələri pis olmayacaq.
Yeni tanışlıq baş tuta bilər. Qarşı tərəfdə xoş təəssürat yaratmağa çalışın.
Yaradıcı potensialın səviyyəsi yüksəkdir. Mürəkkəb işlərin öhdəsindən gələcəksiniz.
Axşam saatlarında mühüm məsələləri müzakirə etmək olar.
Yaradıcı potensialın səviyyəsi yüksəkdir. Mürəkkəb işlərin öhdəsindən gələcəksiniz.
Axşam saatlarında mühüm məsələləri müzakirə etmək olar.
Qız - uğurlu gündür. Pozitiv təmayüllərin təsiri çox güclüdür. Başladığınız işlərin əksəriyyətini bitirmək, ən cəsur planları həyata keçirmək imkanları var.
Eksperimentlər aparmaq, istənilən problemin həllinin qeyri-adi, orijinal variantını aramaq olar. Günün ikinci yarısında yaşam tonusu səviyyəsi bir qədər azala bilər. Səhhətinizdə yüngül problemlər istisna deyil.

Yaxınlarınıza yardım edin, ailə problemlərinin həllinə aktiv şəkildə qatılın.
İnformasiya, məlumat, biliklər və təcrübə əldə olunması üçün münasib zamandır. Axşam saatlarında qonaq gələ bilər.
Tərəzi - gün çətinliklərdən xali deyil. Problemlərin öhdəsindən gəlmək üçün sağlam məntiq və praktiki davranış gərəkdir. Yeni məqsədlər yaranır. Planlar qurmaq olar. Onların bəziləri uzunmüddətli olacaq.
Günün ikinci yarısında qəfil təkliflər alacaqsınız. Onların arasında əvvəllər yalnız arzu etdiyiniz təklif də olacaq.
Ətrafınızdakı insanlardan bəziləri işlərinizə və yaşamınıza qarışmaq istəyirlər.
Qıcıqlanmayın, sinirlənməyin. Mühüm telefon danışıqları istisna deyil. Çoxdan bəri rəğbət bəslədiyiniz insanla bir araya gələ bilərsiniz.
Qıcıqlanmayın, sinirlənməyin. Mühüm telefon danışıqları istisna deyil. Çoxdan bəri rəğbət bəslədiyiniz insanla bir araya gələ bilərsiniz.
Əqrəb - maraqlı, hadisələrlə zəngin gündür. Yaşamınızda nəyisə dəyişmək şansı yaranır.
Yeni işə başlamaq, yeni layihəni gerçəkləşdirmək olar. Nə istədiyinizi dəqiq bilin ki, səhvlərə yol verməyəsiniz. Maliyyə məsələlərinin həlli üçün uğurlu gündür. Gərəksiz xərclərə varmayın, pulları məntiqlə xərcləyin.

Nüfuzlu insanla əlaqə saxlayaraq probleminizi həll etməyə çalışın.
Günün ikinci yarısında baş verə biləcək bütün hadisələrə rəğmən ətrafınızdakı insanların əməllərini obyektiv dəyərləndirin.
Ailədəki fikir ayrılıqlarına son qoyun. Son vaxtlarda dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdırın.
Ailədəki fikir ayrılıqlarına son qoyun. Son vaxtlarda dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdırın.
Maraqlı tanışlıqlar istisna deyil.
Oxatan - yalnız özünüzlə məşğul olmayın. Belədə ətrafda baş verən hadisələri görməyəcəksiniz.
Halbuki müşahidələriniz diqqətli olmalıdır, çünki indi başlayan olaylar sürəkli davam edəcək.
Halbuki müşahidələriniz diqqətli olmalıdır, çünki indi başlayan olaylar sürəkli davam edəcək.
Yaşamınızda müsbət dəyişikliklərə rəvac verə biləcək qəfil görüş ola bilər.
Həmin görüşdə sayıq və məntiqli olun, səbrli və təmkinli davranın, xoş təəssürat bağışlamağa çalışın.
Həmin görüşdə sayıq və məntiqli olun, səbrli və təmkinli davranın, xoş təəssürat bağışlamağa çalışın.
Günün ikinci yarısı ötənlərdə baş vermiş olaylardan birinin yada düşəcəyi vaxtdır.
Bir zamanlar etdiyiniz səhvləri təkrarlamayın, məntiqli qərarlar verin. Gəlirlər istisna deyil.
Bir zamanlar etdiyiniz səhvləri təkrarlamayın, məntiqli qərarlar verin. Gəlirlər istisna deyil.
Oğlaq - gün çətinliklərdən xali deyil. İnsanlarla dil tapmağa çalışın. Müttəfiq və yardımçı arayın.
Bu günlərdə təsadüfən xətrinə dəydiyiniz insanın könlünü alın, barışın. Yaxınlarınızla fikir ayrılıqları yaranacaq, amma iş mübahisəyə çatmayacaq. Başqasının mövqeyinə sayğı ilə yanaşın, fikrinizi sərrast və eyni zamanda nəzakətlə bildirin.

Alış-veriş, yaşam arealının qaydaya salınması üçün əlverişli zamandır. Uzunmüddətli planlar qurmağa, bilikləri və peşə bacarıqlarını artırmağa başlamaq olar.
Səfərlə səyahət uğurlu alınacaq.
Axşam saatlarında dəvət aldığınız yerə qatılın.
Dolça - bütün işlər plan üzrə getmir. Şəraitə uyğunlaşmaq, improvizə etmək gərəkdir.
Ötənlərin xoşagəlməz hadisələrindən birini, köhnə borcların xatırlanacağına hazır olun.
Böyük məbləğdə pulla vidalaşmalı olacaqsınız.
Ötənlərin xoşagəlməz hadisələrindən birini, köhnə borcların xatırlanacağına hazır olun.
Böyük məbləğdə pulla vidalaşmalı olacaqsınız.
Pəhriz saxlamağa başlamaq, zərərli vərdişlərə "savaş elan etmək" zamanıdır.
İşlərdə səliqəli olun, təfərrüatlara və detallara fikir verin.
Əsas işləri günün ilk yarısında başa vurmağa çalışın.
Axşam saatlarında aktiv istirahəti seçin, amma özünüzü gücə salmayın.
Balıqlar - narahat, xeyli gərgin gündür. Başqasına həvalə etmək istədiyiniz işlər xüsusi diqqət tələb edir.
Həmin işlərlə özünüz məşğul olmalısınız. Ünsiyyətdə problemlər yaranır. Birgə fəaliyyətlə bağlı razılıq əldə etmək çətindir. İzafi xərclər, dəyərli əşyanın itirilməsi riski var.
Həmin işlərlə özünüz məşğul olmalısınız. Ünsiyyətdə problemlər yaranır. Birgə fəaliyyətlə bağlı razılıq əldə etmək çətindir. İzafi xərclər, dəyərli əşyanın itirilməsi riski var.
Günün ikinci yarısı dəvət aldığınız tədbirə qatılmaq üçün əlverişli zamandır.
Qarşınızda yeni üfüqlər yaranır.
Qarşınızda yeni üfüqlər yaranır.
İstənilən yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır.
Mənbə: Milli.Az