Daihatsu İndoneziyada keçirilən avtoşouda 8 yeni konsept təqdim edib. Şirkət yığcam, qənaətcil və münasib qiymətli avtomobillər bazarında lider olmağı planlaşdırır. Milli.Az 4carx.com-a istinadən bildirir ki, UFC 2 konsepti kiçik yeddi nəfərlik avtomobildir. D-R Estate konsepti – 0,66 litr həcmli mühərriklə təchiz edilən kiçik iki qapılı avtomobildir. Həmçinin yığcam krossover konsepti və NC-Y və NC-Z konseptləri də elan edilib. Həmçinin daha üç model elan edilib ki, bunlar da Ayla subbrendnə aid olacaqlar. Onların arasında X-track krossoveri və iki hetçbek var.Yeni modellər Daihatsu UFC 2, Daihatsu CUV, Daihatsu Ayla GT, Daihatsu Ayla X-Track, Daihatsu Ayla Luxury, Daihatsu NC-Z və Daihatsu NC-Y-dir.
Mənbə: Milli.Az