Samsung şirkəti qızıl rəngli korpusla təchiz edilmiş Galaxy S4 smartfonunu istehsal edəcək. Bu barədə Samsungun Birləşmiş Ərəb Əmirlikləri üçün mikrobloqunda deyilib. Milli.Az ICTnews-a istinadən bildirir ki, aparatın iki variantı təqdim ediləcək: çəhrayı-qızıl (Gold Pink) və qəhvəyi-qızıl (Gold Brown). Onların üz paneli müvafiq olaraq çəhrayı və ya qəhvəyi rəngdə, yan tərəfləri isə qızıldan olacaq.
Şirkət qurğuların çıxarılma tarixini açıqlamayıb.
Mənbə: Milli.Az